• USD 1,7000 0,00% EUR 1,8385 -0,23%
    • GBP 2,0769 -1,28% RUB 0,0220 0,00%

Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Yağış, külək...

  • Ekologiya
  • 28 Sentyabr 2019 13:20
  • 1 070 Baxış
Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Yağış, külək...

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-25° isti, Bakıda gecə 15-17° isti, gündüz 23-25° isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Sentyabrın 29-da Abşeron yarımadasında dəyişkən hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti təşkil edəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR