Həftənin ilk günün üçün hava proqnozu - BU ƏRAZİLƏRƏ YAĞIŞ YAĞACAQ
Bizi izləyin

Ekologiya

Həftənin ilk günün üçün hava proqnozu - BU ƏRAZİLƏRƏ YAĞIŞ YAĞACAQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabrın 30 günü gözlənilən hava şəraiti barədə məlumat yayıb.

Publika.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-25° isti, Bakıda gecə 17-19° isti, gündüz 23-25° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm