Bu şəxslərin hər biri 1000 manat cərimələndi
Bizi izləyin

Ekologiya

Bu şəxslərin hər biri 1000 manat cərimələndi

5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonu Ləyərqışlaq kəndi ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb.

Publika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən 5 ov tüfəngi və 32 patron götürülüb.

Araşdırma zamanı brakonyerlərin Qusar rayon sakinləri Rəşad Əlirzayev, Maarif Fətiyev, Alim Yüzbəyov, Rasim Əlimuradov və Xaçmaz rayon sakini Xalid Binəliyev olduğu məlum olub.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və hər biri 1000 manat məbləğində cərimə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm