Xəzər dənizinin sahili sintetik torlardan təmizlənir
Bizi izləyin

Ekologiya

Xəzər dənizinin sahili sintetik torlardan təmizlənir

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Xəzər dənizinin Ələt qəsəbəsi sahilində keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 11 saylı Regional Ekologiya və Su Nəqliyyatında Polis idarələrinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı dənizin Ələt qəsəbəsi sahili qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.

Xəzər dənizinin digər sahillərində reydlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm