Azərbaycanda bu ərazilərə yağış yağacaq - Bakıda isə... - PROQNOZ
Bizi izləyin

Ekologiya

Azərbaycanda bu ərazilərə yağış yağacaq - Bakıda isə... - PROQNOZ

Oktyabrın 28-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Publika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 20-23 dərəcə olacaq. Bakıda gecə 12-14° isti, gündüz 21-23° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında isə oktyabrın 28-də hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm