Tələbələr üçün ekoloji maarifləndirməyə dair seminar keçirildi
Bizi izləyin

Ekologiya

Tələbələr üçün ekoloji maarifləndirməyə dair seminar keçirildi

Ekoloji Maarrifçilik və Monitorinq ictimai Birliyi “Dənizkənarı ərazilərdə ekoloji normalara uyğun monitorinqin keçirilməsi” layihəsi çərçivəsində Binəqədi rayonu ərazisində yerləşən İctimai iaşə və xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2 günlük seminar keçirib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Seminarda iki qrup olmaqla hər birində 100-101 tələbə iştirak edirdi.

Seminarda məqsəd çimərliklərdə aparılan ekoloji normalara uyğun monitorinqlərin nəticələrini müzakirə etmək, gənclərdə ətraf mühitin qayğısına qalmaq və ekoloji biliklərini artırmaqla sağlam ekoloji şüuru formalaşdırmaq, beləliklə də, gənclərin ekoloji biliklərinin artırılması yolu ilə dənizkənarı ərazilərdə ekoloji vəziyyəti yaxşılaşdırmaqdan ibarətdir.

Monitorinqdə iştirak edirdilər: EMMİB-nin sədri Qəmzə Yusubova, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çəndirova, ekoloq Arif İbadanov, EMMİB-nin sədr müavini Sevda Məmmədova, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Yaqut Rəhimova, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin psixoloqu Nüranə Qasımova

Seminarı giriş sözü ilə açan Liseyin direktoru Fatma Çəndirova bu cür layihələrin gənclərin ekoloji şüurunun formalaşmasında müstəsna rolu olduğunu qeyd edərək, ətraf mühitin mühafizəsində yetişməkdə olan gənc nəslin ekoloji maarifləndirilməsinə yönələn layihələrin əhəmiyyətindən danışdı.

O,bu cür layihələri dəstəklədiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz təşəkkürünü bildirdi.

EMMİB sədri Qəmzə Yusubova isə layihə haqqında geniş məlumat verdi.

Ekoloq Arif İbadanov çimərliklərdə aparılan monitorinqlərin nəticələri ilə bağlı mövcud vəziyyətlə tələbələri məlumatlandırdı. Sonra isə monitorinqin nəticələrini əks etdirən video rolik nümüyiş etdirildi.

Seminar tələbələrin yüksək fəallığı ilə müzakirələrlə davam etdi.

Sonda Qəmzə Yusubova layihənin həyata keçirilməsində göstərdikləri təşkilatı dəstəyə görə İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çəndirovaya Fəxri Fərman təqdim etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm