EMMİB dənizkənarı ərazidə iməcilik təşkil etdi - FOTO
Bizi izləyin

Ekologiya

EMMİB dənizkənarı ərazidə iməcilik təşkil etdi - FOTO

Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi (EMMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Dənizkənarı ərazilərdə ekoloji normalara uyğun monitorinqin keçirilməsi” layihəsinin icrasını uğurla davam etdirir.

Publika.az xəbər verir ki, təşkilat Binəqədi rayonu ərazisində yerləşən İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ilə birlikdə Səbail rayonu dənizkənarı ərazisində iməcilik təşkil edib.

İməcilikdə təhsil ocağında təşkil edilmiş seminarlarda fərqlənən tələbələr iştirak ediblər. İməcilikdə məqsəd məişət tullantıları ilə çirklənmiş ərazini təmizləməklə dənizkənarı ərazilərdə ekoloji vəziyyəti yaxşılaşdırmaq və gənclərdə ətraf mühitin qayğısına qalmaq vərdişlərini aşılamaqdan ibarətdir. İməcilikdə EMMİB-nin sədri Qəmzə Yusubova, ekoloq Arif İbadanov, EMMİB-nin sədr müavini Sevda Məmmədova, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Yaqut Rəhimova və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin psixoloqu Nüranə Qasımova iştirak ediblər.

İməcilik tələbələrin ruh yüksəkliyi ilə keçib. Təşkilatın sədri Qəmzə Yusubova iməcilikdə yüksək fəallıq göstərən 17 nəfər tələbəyə kitab hədiyyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm