Nazirlik Bakıdakı bu məşhur restoranlarla bağlı XƏBƏRDARLIQ ETDİ - SİYAHI
Bizi izləyin

Ekologiya

Nazirlik Bakıdakı bu məşhur restoranlarla bağlı XƏBƏRDARLIQ ETDİ - SİYAHI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son bir həftə ərzində keçirilən monitorinq zamanı filtrlərini dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarının normadan çox olduğu ictimai iaşə obyektlərinin adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, nazirliyin nümayəndəsi Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında bildirib ki, Bakıda restoranların havaya tüstü buraxması ilə bağlı ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb:

"Çünki həmin ərazidə şadlıq saraylarının sayı çoxdur. Həmin ərazidə fəaliyyət göstərən "Cənnət", "Xan bağı", "Xan sarayı", "Madonna", "Milorətraf md", "Hissa", "Grace Hall", "Ayla" şadlıq sarayları , "Səhər mehi" və "Kometa" restoranlarında tullantıların miqdarı normadan artıq olub. Binəqədi rayonunda "Sonalar sonası", "Qızıl tac", "Şahənşah", "Mələk", "Oğuz xan", "Al saray", "Amor", "Röya", Xətai rayonunda "Fəridə", "Elgün" , "Neapol", "Movida", "Mirana", "Leyla", "Şahzadə", Nərimanov rayonunda "Şuşa", "Su sonası" şadlıq sarayları, "Orman", "Xankəndi", "İsa bulağı" restoranları, Sumqayıt şəhərində "Qubadlı", "Dan ulduzu", "Şəhanə", "Tural", " Nurlan" və "Dədə Qorqud", Abşeronda "Qarabağ", "Ülvi", "Səmayə və Sultan", Gəncə şəhərində "Firuzə", "Tural" və "Şəhzadə" şadlıq saraylarıdır.

Nazirlik rəsmisinin sözlərinə görə, həmin şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edilib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq:

"Atmosferə tullantı atan restoranlardan cərimə olunan, onlar barəsində hüquq mühafizə orqanlarına müraciət edilənlər də var. Restoranların təmizləyici qurğulara diqqət artırmaları çox mühümdür".

V.Kərimovun sözlərinə görə, nazirlik şadlıq evləri və restoranların fəaliyyətinin dayandırılması məsələsini qaldıra bilər:

"Hər hansı iaşə obyekti tikildikdə səs-küy normaları, iy-qoxu ilə bağlı mühafizə zolağı olmalıdır. Restoranların ölçüsündən, tutum sayından asılı olaraq bu mühafizə zolaqları müxtəlif ola bilər. Restoranlardakı səs-küylə bağlı müraciətlər çoxdur. Buna görə də qanunvericilikdə təsbit olundu ki gecə saat 12-dən sonra insanların daha çox cəmləşdiyi yerdə səs-küy salan obyektlərin fəaliyyəti dayandırılsın. Bu da insanların rahatlığının təmin olunması ilə bağlıdır. Bizim məqsədimiz hər hansı tədbirin keçirilməsinə mane olmaq deyil. Biz neqativ halı aşkarlayırıq, restorandan ətrafa tüstü buraxıldıqda, yəni manqallar yandırılan zaman tüstünün yolverilən həddə olub-olmadığını müəyyən edə bilirik. Həmin vaxt tüstünün həddi normadan çox olarsa, onların fəaliyyəti dayandırılacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm