Həftənin ilk günü üçün hava proqnozu - BAKIDA DUMAN, RAYONLARDA 23 DƏRƏCƏ...
Bizi izləyin

Ekologiya

Həftənin ilk günü üçün hava proqnozu - BAKIDA DUMAN, RAYONLARDA 23 DƏRƏCƏ...

Azərbaycanda noyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Publika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gün ərzində mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14°, gündüz 18-22° isti, Bakıda gecə 12-14°, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 770 millimetr civə sütunundan 767 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 18-23° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 17-22° isti olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 13-18° isti olacağı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm