Nazirlikdən GÖZƏL TƏŞƏBBÜS: bu rayonlarda yeni iş yerləri açmaq üçün hərəkətə keçdi
Bizi izləyin

Ekologiya

Nazirlikdən GÖZƏL TƏŞƏBBÜS: bu rayonlarda yeni iş yerləri açmaq üçün hərəkətə keçdi

Meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə Zaqatala, Qax, Şəki, Oğuz və bir sıra rayonların ərazisində olan açıq meşə sahələri aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilib.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.

Onun sözlərinə görə, bu da meşə örtüyünün artırılması, yeni iş yerlərinin açılması, meyvə bolluğunun təmin olunması, həmçinin əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır: "Yeni salınacaq bağ sahələri müasir damcılı suvarma sistemləri ilə təmin olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşə fondunun açıq sahələrinin bundan sonra da uzunmüddətli icarəyə verilməsi davam etdiriləcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm