Start verildi: 650 min ağac əkilir - FOTO
Bizi izləyin

Ekologiya

Start verildi: 650 min ağac əkilir - FOTO

Bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsinə start verilib.

Publika.az xəbər verir ki, respublikanın bütün regionlarını əhatə edən bu nəcib təşəbbüsə şairin doğulduğu Şamaxı şəhərində start verilib.

Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edir.

Mingəçevir İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şobəsinin müdir müavini Sahib Əliyev Publika.az-a bildirib ki, Mingeçevir əhalisi də Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə qoşulub: "Mingəçevirdə 10 min ağac əkilməsi planlaşdırılıb. Ağac əkini başlayıb və hal-hazırda davam edir".

Qeyd edək ki, bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək. Eyni zamanda, bu aksiya insanları nəcib təşəbbüs ətrafında birləşdirməyə yönələn, ətraf mühitin sağlamlaşdırılması istiqamətində ictimaiyyətin həmrəylik göstərməsinə verilən dəyərli töhfədir.

Qeyd: Fotolar Mingəçevirdə lentə alınıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm