Ekologiya
Azərbaycanda 650 mindən çox ağac əkildi
"Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü azərbaycanlılar arasında həmrəylik nümayişi idi. Hədəf 650 min olsa da, əkilən ağacların sayı bu rəqəmi mini keçib. Bu da sevindirici haldır".
Publika.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Onun sözlərinə görə, ağacəkmə aksiyasında 80-dən çox rayonda 37 növ ağac əkilib: "SOCAR əməkdaşları 100 min ağac əkdi. Hətta 12 min ağac əkilməsi üçün Çilov adasına göndərildi. Bir gündə 650 min ağacın əkilməsi həm bugünkü, həm də gələcək nəsillərə xidmət edən təşəbbüsdür. Regionlara paylanılan ağac tingləri iqlim şəraitinə görə seçilmişdi. Yəni ağac əkilməsi xatirinə seçim olmadı. Əsas odur ki, həmin ağaclara diqqət və qayğı daimi olsun".
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO