Xəzər dənizi ilə bağlı BÖYÜK RİSK - Ciddi fəsadlar yarana bilər
Bizi izləyin

Ekologiya

Xəzər dənizi ilə bağlı BÖYÜK RİSK - Ciddi fəsadlar yarana bilər

Son illər ərzində Xəzər dənizinin səth suyunun temperaturu yüksəlib. Temperaturun yüksəlməsinin davam etməsi dənizin ekosistemi üçün fəsadlar yarada bilər.

Bu barədə Trend-ə AMEA-nın Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsindən məlumat veriblər.

Bildirilib ki, 2001-2015-ci illər ərzində Xəzər dənizinin səth suyunun temperaturu 0.35 dərəcə selsi, ildə isə orta hesabla 0,023 dərəcə selsi artıb.

Şöbənin apardığı tədqiqatların nəticələrinə görə, dənizdə temperaturun qalxıb-enməsi qeydə alınmalıdır. Amma Xəzərdə 15 il ərzində temperaturun enməsi deyil, ardıcıl olaraq, yalnız artımı müşahidə edilir:

"Artım belə davam edərsə, dənizin ekosistemi üçün fəsadlar yarana bilər. Çünki səth sularının temperaturunun çox yüksəlməsi dənizin ekosisteminə çox mənfi təsir edir. Balıqlar, suitilər müəyyən temperatura alışırlar. Onların çoxalma dövrləri hansısa temperaturla müşayiət olunur. Əgər bu temperaturda 0,5, yaxud 1 dərəcə yüksəlmə olursa, onda fəlakət yaranır, onlar kütləvi şəkildə qırılırlar”.

Xəzərdə səth sularının temperaturunun yüksəlməsi əsasən, qlobal iqlim istiləşməsi ilə izah edilir: “Temperaturun yüksəlməsi hava ilə birbaşa təmasda olan suyun da temperaturunun yüksəlməsinə səbəb olur. Digər tərəfdən, Xəzər dənizinin suyunun səviyyəsinin enməsi də buna təsir edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm