Ekologiya
Kosmik hava durumu açıqlandı
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan Publika.az-a verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diskində hələlik nömrələnməyən az fəal oblast meydana gəlməkdədir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər Tac kütlə müşahidə olunmayıb.
Elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub.
Hesabat dövründə ACE kosmik gəmisindən əldə olunan məlumatlar əsasında demək olar ki, Günəş küləyi üçün sakit şərait hökm sürür. 8 yanvarda ümumi maqnit sahəsində güclənmə müşahidə olunub. Günəş küləyinin sürəti 400 km/san-dən bir qədər çox olub.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir.
Proqnoz dövründə (09 - 11 yanvar) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
Dövr ərzində, geomaqnit sahədə ümumən sakitlik davam etsə də, fasilələrlə az fəal şərait meydana gələ bilər. Maqnit qasırğasının yaranması ehtimalı 09 yanvar tarixində 5%-dən, 10 və 11 yanvar tarixlərində isə 1%-dən aşağı qiymətləndirilir.
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”