Ekologiya
Sabah HAVA necə olacaq? - PROQNOZ
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, yanvarın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında
Yanvarın 18-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 18-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək
-
İdman11:03
"Neftçi"də nə baş verir? - Qruplaşmalar, daxili çəkişmələr...
-
Sosial10:31
Hətta xasiyyəti belə dəyişən ay - Daim içki içən şəxs Ramazanda oruc tutarsa...
-
Ekologiya09:57
Rayonlara qar yağdı, şaxta düşdü - FAKTİKİ HAVA
-
Region09:24
Almanlar Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədində görün nə edirlər - FOTO