Ekologiya
7 dərəcə şaxta, güclü külək - İstirahət günlərinin HAVASI
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havaəsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq.
Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-3, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.
Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti olacaq.
Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti olacaq.
Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Mülayim cənub küləyi yanvarın 25-də gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 7-11 dərəcə isti olacaq.
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları