• USD 1,7000 0,00% EUR 1,8688 +0,74%
    • GBP 2,1900 -0,37% RUB 0,0255 -1,57%

Umayra Tağıyevadan hava şəraiti ilə bağlı VACİB AÇIQLAMA: Bu axşamdan etibarən...

  • Ekologiya
  • 10 Fevral 2020 16:11
  • 14 903 Baxış
Umayra Tağıyevadan hava şəraiti ilə bağlı VACİB AÇIQLAMA: Bu axşamdan etibarən...

Bu gün axşamadək Bakıda və Abşeron yarımadasında saniyədə arabir 30 metrədək əsən güclü külək davam edəcək, gecəyə doğru külək tədricən səngiyəcək.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, fevralın 11-də küləyin gündüz cənub-qərb küləyi ilə əvəz olunması temperaturun 6 dərəcəyədək yüksəlməsinə səbəb olacaq.

U.Tağıyeva bildirib ki, əksər rayonlarda qar yağması kəsilsə də, fevralın 11-i gündüzədək bəzi cənub rayonlarında proses davam edəcək. Abşeron yarımadasının əsasən cənub-şərq hissəsində axşam və gecə saatlarında az qar yağacağı ehtimalı var:

"Bu günlərdə ilk dəfə, nəhayət ki, qış özünü göstərdi. Ölkənin bəzi yerlərində qalınlığı, demək olar, yarım metrə çatan qar örtüyü əmələ gəldi. Yüksək dağlıq ərazilərdə havanın temperaturu mənfi 24 dərəcəyədək endi. Hətta Abşeronda son illər nadir hadisə olan 2 dərəcə şaxta qeydə alındı. Bakıda 35-38 m/s -dək şiddətlənən külək böyük sürətlə buludları Abşeron üzərindən qovaraq, yaxın rayonlarda müşahidə olunan qarın yağmasını əngəllədi". (trend)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR