Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI: 25 fevraldan etibarən...
Bizi izləyin

Ekologiya

Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI: 25 fevraldan etibarən...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişiləcəyi haqda xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 25-də gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 25-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm