Ekologiya
İstirahət günlərinin HAVA PROQNOZU
Azərbaycanda istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5,gündüz 5-10 dərəcə isti olacaq.
Lənkəran-Astara zonasında havanınəsasən yağmursuz keçəcəyi, lakin martın 1-də gündüz yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 10-15, dağlarda gecə 1-6, gündüz 5-10 dərəcə isti olacaq.
Qazax-Gəncə zonasında hava şəraitininəsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.
Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Güclü şimal-qərb küləyi gündüz saatlarında mülayimləşəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI