Ekologiya
Güclü yağış, külək - SABAHIN HAVASI
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 25-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9° isti, gündüz 11-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək.
Nisbi rütubət 75-85 % olacaq.
Aprelin 25-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Tibbi-meteoroloji proqnoz gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI