İqlimi xilas etmək üçün yeni üsul TAPILDI
Bizi izləyin

Ekologiya

İqlimi xilas etmək üçün yeni üsul TAPILDI

İsveç mühəndisləri iqlimi xilas etmək üçün yeni üsul tapıb. Ağacdan 30 metr külək generatorları qurmağa başlayıblar ki, bu da atmosferə istixana qazı tullantılarını azaldır.

Publika.az xəbər verir ki bu barədə “Bloomberg” məlumat yayıb. Ötən həftə İsveçin mühəndis və tikinti şirkəti “Modvion” iynəyarpaqlı ağacdan hazırlanan külək yaradan qülləni təqdim edib. Külək generatoru görünüş və keyfiyyət baxımından polad analoqlarından fərqlənmir, lakin istixana qazları daha az istehsal olunur. Adi külək generatorları poladla işləyərkən qalıq yanacaq istifadə olunur, bu dünyadakı bütün hava tullantılarının təxminən 7 faizini təşkil edir.

“Modvion” şirkətinin baş direktoru Otto Lundman iddia edir ki, külək enerjisi vasitəsilə karbon qazı tullantıları sıfıra endirilə bilər: “Genişmiqyaslı tikintidə karbon lifindən istifadə etmək təbiətin bir hədiyyəsidir”.

Gələcəkdə “Modvion” daha çox enerji istehsal etmək üçün beş qat hündür qüllələr tikmək niyyətindədir. Belə ki, Skandinaviya bölgəsində yerləşən böyük külək ferması olan “Rabbalshede Kraft”dan hündürlüyü 150 metr olan 10 qüllə almaq planlaşdırılır.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm