Yeni pandemiya mənbəyi yarana bilər - Alimdən XƏBƏRDARLIQ
Bizi izləyin

Ekologiya

Yeni pandemiya mənbəyi yarana bilər - Alimdən XƏBƏRDARLIQ

Braziliyalı ekoloq David Lapola tropik Amazon meşələrini gələcəkdə yeni pandemiyaya səbəb olacaq patogen mənbəyi adlandırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alim səbəb kimi vəhşi təbiətin istilasını və Cənubi Amerikadakı meşələrin azalmasını göstərib. Bu barədə AFP xəbər agentliyi məlumat yayıb.

Alimin fikrincə, COVID-19 pandemiyası da eyni şəkildə yaranıb. Şəhər əhalisinin artması nəticəsində viruslar və patogen mikroorqanizmlər üçün təbii məskən olan vəhşi ərazilər azalıb. SARS-CoV-2 ehtimal ki, insanlara ötürülməzdən əvvəl sıx urbanizasiyanın baş verdiyi Hubey əyalətində vəhşi siçanlarda yayılıb.

Amazon böyük bir virus su anbarıdır, lakin son illərdə meşələrin yox olma sürəti əhəmiyyətli dərəcədə artıb. Alimlər bunu Braziliya Prezidenti Jair Bolsonarunun siyasəti ilə əlaqələndirir, belə ki, meşələrin qırılması 85 faiz artaraq 10 min kvadratkilometrdən çox təşkil edib. 2020-ci ilin yanvar-aprel aylarında Amazonun 1202 kvadratkilometrlik ərazisi məhv edilib.

Lapolaya görə, keçmişdə ekosistemlərin məhv edilməsi və ətraf mühitdəki qeyri-sabitlik HİV, danq qızdırması və Ebolanın yayılmasına səbəb olub. Onun fikrincə, müasir infeksiyaların əksəriyyəti Cənubi Asiya və Afrikada başlasa da, Amazon qısa müddətdə yeni patogen növlərinin yaratdığı epidemiyaların mərkəzinə çevrilə bilər.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm