Daşkəsənə güclü dolu yağdı - YENİLƏNDİ / VİDEO
Bizi izləyin

Ekologiya

Daşkəsənə güclü dolu yağdı - YENİLƏNDİ / VİDEO

Mayın 30-da saat 17:36-17:40 radələrində Daşkəsən rayonunda şimşək çaxıb, yağış yağıb, diametri 16 mm olan, saat 18:18-18:28 radələrində isə diametri 13 mm olan dolu düşüb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Daşkəsən rayonunun Xoşbulaq, Quşçu Bayan, Gurbulaq, Zəyli, Əmirvar, Kəmərli kəndlərinə də dolu yağıb.

***

Bu gün axşam saatlarına doğru Daşkəsən rayonuna güclü dolu yağıb.

Publika.az xəbər verir ki, bu barədə Daşkəsən Rayon İcra Hakimiyyətindən məlumat verilib.

May ayı üçün xarakterik olmayan hava şəraiti öz növbəsində təsərrüfata müəyyən qədər ziyan vurub.

Rayondan görüntüləri sizə təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm