Bölgələrdə şimşək çaxdı, sel gəldi - FAKTİKİ HAVA
Bizi izləyin

Ekologiya

Bölgələrdə şimşək çaxdı, sel gəldi - FAKTİKİ HAVA

Daşkəsən, Naxçıvan, Balakən, Qusarda şimşək çaxıb, Göygöl, Gəncə, Şəmkir, Ağstafa, Qrız, Şahdağ, Xınalıqda şimşək çaxıb, yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Yuxarı-Ağcakənd ərazisində saat 16:45-17:25 radələrində leysan xarakterli yağış yağıb, Görançaydan sel keçib.

Qərb bölgəsində dağlıq rayonlara yağan leysan yağış nəticəsində Şəmkir Mansırlıdan təxminən 2 km aşagıda saat 13:40 radələrində sel hadisəsi baş verib.

Əsrikçay Ədrikçırdaxamda isə saat 15:36 radələrində sel hadisəsi yaranıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm