Ekologiya
Quba-Xınalıq yolu bağlandı - FOTO
Qubada yağan güclü leysan yağışları rayonun Bostankeş, Qalaxudat və Dərk kəndlərində fəsadlar törədib.
Publika.az xəbər verir ki, leysan yağışları nəticəsində yaranan sel Bostankeş kəndində həyətlərə dolub, bir neçə evə ziyan dəyib. Bundan başqa, kəndlərdə fərdi təsərrüfatlar və yol infrastrukturu da sel nəticəsində yararsız hala düşüb.
Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda kəndlərdə selin törətdiyi fəsadlar haqqında ətraflı məlumat toplanılır. Tezliklə kəndlərə dəyən ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək.
Sel suları Quba-Xınalıq yolunun müvəqqəti bağlanmasına da səbəb olub. Belə ki, yolun 50-56-cı kilometrliklərində dağlardan qopan torpaq kütləsi və daş parçaları yolun hərəkət hissəsinə tökülüb. Yolda avtomobillərin hərəkətinin bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikaları əraziyə cəlb olunub.
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO