Gecə bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
Bizi izləyin

Ekologiya

Gecə bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı səhərədək olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Xidmətdən Publika.az-a verilən məlumata görə, düşən yağışın miqdarı Oğuzda 61 mm (aylıq normanın 91 faizi), Mərəzədə 53 mm (aylıq normanın 325 faizi), İvanovkada (İsmayıllı) 28 mm (aylıq normanın 37 faizi), Şamaxıda 23 mm (aylıq normanın 99 faizi), Dəmiraparançayda (Qəbələ) 21 mm, Daşkəsəndə 19 mm (aylıq normanın 32 faizi), Qəbələdə 14 mm, Qrızda 10 mm (aylıq normanın 18 faizi), Cəfərxanda 8 mm (aylıq normanın 178 faizi), Balakəndə 8 mm, Qazıməmməddə 7 mm (aylıq normanın 119 faizi), Ağdərədə (Ordubad) 7 mm, Sabirabadda 6 mm, Sədərəkdə 4 mm, İsmayıllıda 3 mm, Şahbuz, Zaqatala, Tərtər, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağ, Altıağac, Xınalıq, Şəkidə 2 mm, Kürdəmir, Xaltan, Neftçala, Bakı, Zabrat, Çilov adasında 0.5 mm olub.

İyulun 15-də gün ərzində şimal-qərb küləyi arabir Daşkəsən, Qəbələ, Naftalanda 24 m/s, Şəkidə 20 m/s, Sumqayıt, Göyçay, Qazıməmməddə 18 m/s, Qum adası, Bakıda 17 m/s, Ağdamda 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm