Azərbaycanda yağıntılar bu tarixdə KƏSİLƏCƏK
Bizi izləyin

Ekologiya

Azərbaycanda yağıntılar bu tarixdə KƏSİLƏCƏK

"Bu ilin avqust ayı hava sürprizləri ilə bol oldu. Bunlardan biri də Şahdağa 11 santimetr hündürlüyündə qarın yağmasıdır. 2009-cu ildən aparılan müşahidələrə görə, burada belə hadisə ilk dəfədir qeydə alınır. Ötən illərdə avqustun sonunda yalnız sulu qar müşahidə olunub".

Publika.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ötən gecə ərzində respublikanın bir sıra rayonlarına düşən yağıntının miqdarı adətən ay ərzində düşən yağıntının miqdarına yaxın olub.

“Bəzi rayonlarda, xüsusən də Böyük Qafqazın ayrı-ayrı ərazilərində, bəzi Aran rayonlarında, eyni zamanda, paytaxtda düşən yağıntının miqdarı aylıq normanı ötüb. Güclü külək əsasən respublikanın Kür vadisi rayonlarında müşahidə olunub. Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 31 metrə çatıb. Xəzər dənizində dalğanın hündürlüyü 5,3 metrə qədər yüksəlib. Respublikanın rayonlarında gün ərzində yağıntılı hava şəraiti fasilələrlə davam edəcək. Avqustun 24-ü səhər saatlarından etibarən yağıntıların kəsilməsi gözlənilir”, - deyə o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm