Qərar verildi - 1 sentyabrdan mövsüm başlayır
Bizi izləyin

Ekologiya

Qərar verildi - 1 sentyabrdan mövsüm başlayır

Azərbaycan Respublikası ərazisində 2020-2021-ci illər üçün ov mövsümü Ov Məsələləri üzrə Koordinasiya Şurasının qərarı ilə sentyabrın 1-dən etibarən açıq elan edilir.

Publika.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Firuddin Əliyev bildirib.

O qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu, Azərbaycan Ovçular və Balıqçılar, Azərbaycan Ornitoloji cəmiyyətləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ov mövsümünün başlanması, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri, normaları, limitləri müzakirə olunub və ov mövsümünün başlanmasına qərar verilib.

Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları ilə bağlı elan nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm