Qanunsuz balıq ovlayan 12 nəfər "tora düşdü"
Bizi izləyin

Ekologiya

Qanunsuz balıq ovlayan 12 nəfər "tora düşdü"

Balıqçılıqla məşğul olan vətəndaşlar arasında mövcud qaydalara əməl edənlərlə yanaşı, sintetik torlardan istifadə etməklə təbiətə qənim kəsilənlər də var.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, nazirliyin müvafiq qurumları tərəfindən cari ilin 7 ayı ərzində 46 min 200 metr sintetik tor su hövzələrindən götürülüb:

“Qaydaları kobud şəkildə pozan 60 nəfər cərimələnərək, saxlanılıb. Hüquq-mühafizə orqanları tərəfindən saxlanaılan 12 nəfər barəsində cinayət işi açılıb. Amma razılaşaq ki, nazirlik öz əməkdaşlarını hər bir su hövzəsinin ətrafına qoyaraq vəziyyətə nəzarət edə bilməz. Su hövzələrində sintetik torlardan, tok aparatlarından istifadəyə dair faktlarla rastlaşan vətəndaşlardan bizə məlumat vermələrini xahiş edirik.

Yaxud da bizə çoxlu sayda şikayətlər gəlir ki, ağac kəsildi, amma nazirlik xəbər tutmadı. Əgər o ağac kəsiləndə hansısa vətəndaş bunu görəndə bizə dərhal məlumat verirsə, biz onunla bağlı tədbir görürük. Məlumat özündə ümumi halı əks etdirirsə, konkret şəxslər barədə məlumat, dəlillər yoxdursa, o şəxsləri tapmaq da çətinləşir. Müxtəlif icmalarda, kəndlərdə, yaşayış məntəqələrində tokla balıq tutan, qanunsuz vaxtda balıq tutmağa gedən şəxsləri yaşadıqları ərazidəki sakinlər daha yaxşı tanıyır. Burada ictimai qınaq mühüm rol oynayır.

Əgər onlar bilsə ki, ətrafdakı insanlar bu hadisəyə dərhal kəskin reaksiya versə, onlar daha bu addımı atmazlar. Biz bu məsələdə əməkdaşlığa hazırıq, kiminsə əlində sübutu varsa, bunu vaxtında istər nazirliyin mərkəzi, istərsə də yerli idarələrinə təqdim etmək lazımdır. Biz də bu tədbirlərin qarşısını birgə alaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm