• USD 1,7000 0,00% EUR 2,0142 +0,76%
    • GBP 2,2029 +0,28% RUB 0,0227 +0,44%

Bu günün HAVA PROQNOZU açıqlandı

  • Ekologiya
  • 31 Avqust 2020 08:13
  • 1 181 Baxış
Bu günün HAVA PROQNOZU açıqlandı

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, 31 avqustda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR