Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bizi izləyin

Ekologiya

Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, sentyabrın 3-ü gündüzdən 4-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm