• USD 1,7000 0,00% EUR 2,0117 +0,27%
    • GBP 2,2141 -0,28% RUB 0,0222 0,00%

Hava kəskin soyuyacaq, qar yağacaq - Əhaliyə HAVA XƏBƏRDARLIĞI/VİDEO

  • Ekologiya
  • 15 Sentyabr 2020 09:40
  • 6 769 Baxış
Hava kəskin soyuyacaq, qar yağacaq - Əhaliyə HAVA XƏBƏRDARLIĞI/VİDEO

Video əlavə olunacaq.

xxx

Bakıda və Abşeron yarımadasında sentyabrın 15-i axşamdan 16-sı axşamadək fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında sentyabrın 15-i günün ikinci yarısından 18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, bəzi şimal və qərb rayonlarında intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR