Cənub rayonlarında leysan yağıb - FAKTİKİ HAVA
Bizi izləyin

Ekologiya

Cənub rayonlarında leysan yağıb - FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, sentyabrın 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olub.

Düşən yağışın miqdarı Astarada 27, Lənkəranda 16, Zaqatalada 8, Yardımlıda 5, Ağdamda 4, Lerikdə 3, Sarıbaşda (Qax) 1 mm olub.

Lerik, Sarıbaş, Şahdağ, Qrızda duman müşahidə olunub.

Havanın temperaturu iqlim normasından 3.4 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-29, aran rayonlarında 29-33, dağlıq rayonlarda 20 dərəcəyədək, Naxçıvan MR-da 27-33 dərəcə isti təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm