• USD 1,7000 0,00% EUR 2,0117 +0,27%
    • GBP 2,2141 -0,28% RUB 0,0222 0,00%

Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gündən...

  • Ekologiya
  • 19 Sentyabr 2020 07:47
  • 5 432 Baxış
Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gündən...

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Xidmətdən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u gündüzdən 20-si səhərədək şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın bəzi rayonlarında qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarda arabir 35 m/s-dək güclənəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR