• USD 1,7000 0,00% EUR 2,0063 0,00%
    • GBP 2,2204 0,00% RUB 0,0222 0,00%

Parkda ağaclar kütləvi şəkildə məhv edilir - VİDEO

Parkda ağaclar kütləvi şəkildə məhv edilir - VİDEO

Sumqayıt şəhər Nəsimi adına Mədəniyyət və istirahət parkında onlarla həmişəyaşıl ağac naməlum şəraitdə kəsilib.

Sakinlər iddia edib ki, bəzi ağaclar quruduğu üçün mənzil istismar sahəsinin əməkdaşları tərəfindən kəsilərək daşınıb.

Məsələ ilə bağlı Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən məlumat verilib ki, sözügedən qurum ağacların yalnız budanması işlərini həyata keçirir.

Sumqayıt şəhər 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən isə bildirilib ki, ağac kəsimi ilə bağlı dərhal əraziyə baxış keçirilib. Toplanmış materiallarla bağlı hüquq mühafizə orqanlarına müraciət olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR