Şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ
Bizi izləyin

Ekologiya

Şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bu günə gözlənilən hava şəraitini açıqlayıb.

Xidmətdən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-19, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-11, gündüz 12-17 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm