Ekologiya
Bu günə gözlənilən hava şəraiti açıqlandı - PROQNOZ

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-7, gündüz 14-18 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

-
Ekologiya11:55
Sabah hava necə olacaq?
-
Magazin111:03
Bülent Ersoyun inanılmaz dəyişimi - VİDEO
-
Magazin210:49
Məşhur aktyor faciəvi şəkildə öldü - FOTO
-
Nəqliyyat10:35
Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırıldı - YENİLƏNDİ
-
MDB10:00
Kadırov AÇIQLADI: Donbasa yeni könüllülər qrupu yollandı - VİDEO
-
Sosial09:49
Bakının bu rayonunda SU OLMAYACAQ
-
Avropa09:31
Ukrayna ordusu rusların iki sursat anbarını KÜLƏ ÇEVİRDİ
-
Ekologiya07:17
Bu gün havanın hərarəti 41 dərəcəyə yüksələcək