Duman, çiskin olacaq, yağış yağacaq - SABAHIN HAVASI
Bizi izləyin

Ekologiya

Duman, çiskin olacaq, yağış yağacaq - SABAHIN HAVASI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu günə gözlənilən hava şəraitini açıqlayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 20-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm