Ekologiya
ETSN: Ermənilər Qubadlıda yaşı 150-300 illik Şərq çinarlarını məhv edib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən növbəti monitorinqlər Qubadlı rayonunun Xocahan, Tinli, Qilican, Əbilcə, Kavdadıq, Tatar, Qaraqoyunlu, Qiyaslı, Hal kəndlərində və Qubadlı şəhərində keçirilib.
ETSN-dən Publika.az-a bildirilib ki, monitorinqlər zamanı Qubadlı rayonundakı bütün evlərin və inzibati binaların tamamilə dağıdıldığı, təbiət abidələrinin, çoxillik ağacların məhv edildiyi məlum olub.
Belə ki, Qubadlı şəhərinin mərkəzində təbiət abidələri siyahısına daxil edilmiş yaşı 150-300 il olan Şərq çinarları, diametri 60 sm olan qoz ağacları məhv edilib və yandırılıb. Ötən əsrin 60-70-ci illərində Eldar şamı və sərv ağaclarından ibarət 2 hektarda salınmış park isə tamamilə məhv edilib.
Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı ilə verilmiş tapşırıqlara əsasən ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və onların ilkin qiymətləndirilməsi məqsədilə yaradılan Əməliyyat Qərargahlarında təmsil olunan ETSN-nin əməkdaşları tərəfindən monitorinqlər davam etdirilir.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO