Hər il 7 milyon insan bu səbəbdən ölür
Bizi izləyin

Ekologiya

Hər il 7 milyon insan bu səbəbdən ölür

Hava çirkliliyi hər il dünyada 7 milyona yaxın insanın erkən ölümünə səbəb olur.

Publika.az xəbər verir ki, bunu İstanbul Texniki Universitetinin professoru Hüseyin Toros deyib.

H.Toros dünyadakı mənbələrdən qeyri-kafi istifadənin və qlobal istiləşmə, iqlim dəyişikliyinin səbəb olduğu tullantıların dünya miqyasında böyük problemlərə səbəb olduğunu bildirib.

O, havanın çirklənməsinin sağlamlığa, iqtisadiyyata və ekosistemlərə ciddi mənfi təsirləri olan ekoloji problem olduğunu söyləyib.

Körpələrin hələ ana bətnində olarkən hava çirkliliyindən mənfi təsir gördüyünü deyən professor sözlərinə bu cür davam edib: “Sənaye, nəqliyyat və istilik nəticəsində havaya atılan çirkləndiricilər astma, ürək-damar, tənəffüs yolu və ağciyər xəstəliklərini artırır. Elmi araşdırmalar bunun ölümə səbəb olduğunu göstərir. Hava çirkliliyi tədricən öldürən görünməyən gizli qatildir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm