Nazir idarə rəisini işdən çıxardı
Bizi izləyin

Ekologiya

Nazir idarə rəisini işdən çıxardı

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev idarə rəisini tutduğu vəzifədən azad edib.

Publika.az xəbər verir ki, nazir Muxtar Babayevin əmri ilə 4 saylı Ekologiya və Təbii Sərvətləri İdarəsinin rəisi Mübariz Vəliyev tutduğu vəzifədən azad edilib. M. Vəliyev 2016-cı ildən bu vəzifəni tuturdu.

Qeyd edək ki, 4 saylı Ekologiya və Təbii Sərvətləri İdarəsi Sumqayıtda yerləşir. İdarə Xızı, Abşeron, Qobustan rayonlarını və Sumqayıtı şəhərini əhatə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm