• USD 1,7000 0,00% EUR 2,0697 +0,19%
    • GBP 2,4069 -0,03% RUB 0,0231 +0,87%

Bu gün Bakıya QAR YAĞACAQ

Bu gün Bakıya QAR YAĞACAQ

Bu gün Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yolların buz bağlayacağı gözlənilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR