Ekologiya
Qanunsuz balıq ovlayan şəxslər tutuldu
Qanunsuz balıq ovunun və qeyri-qanuni əldə edilmiş ov məhsullarının yol kənarlarında satışının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən növbəti nəzarət tədbirləri keçirilib.
Publika.az xəbər verir ki, idarə rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində və Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində ovlanmış çöl quşlarının satılması faktları aşkar edilib.
Araşdırma zamanı qanun pozucularının Biləsuvar rayon sakinləri Rafiq Orucov və Fariz Abbasov olduğu məlum olub. Faktlarla bağlı protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb: "Kür çayının Tovuz rayonu Hunanlar kəndi ərazisindən keçən hissəsində isə qanunsuz balıq ovlayan bir nəfər saxlanılıb, qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır”.
B.Məhəmmədov onu da bildirib ki, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Ağdaş rayon sakini Kamil İbrahimov, İmişli rayon sakini Toğrul Müseyiboğlu, Qusar rayon sakini Vahid Ələskərov, Şabran şəhər sakini Samir Gülməmmədov, Xırdalan şəhər sakini Vüqar Mahmudov, Bakı şəhər sakinləri Babək Babayev, Mənsum Köçəriyev, Qax rayon sakini Şeyx Musayev, Xızı rayon sakini Kamil Quliyev saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO