Ekologiya
Qar nə vaxta kimi DAVAM EDƏCƏK? - Umayra Tağıyeva AÇIQLADI
Artıq bu gün siklon ölkəmizi tədricən tərk edəcək. Qərb rayonlarında yağıntılar günün birinci yarısında, şərq rayonlarında isə axşam kəsiləcək.
Publika.az xəbər verir ki, bunu Trend-ə ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, ölkə ərazisindən Aralıq dənizi siklonunun keçməsi nəticəsində soyuq yağıntılı qarlı hava hökm sürür. Yağan qar hətta aran rayonlarında da qar örtüyünün əmələ gəlməsinə səbəb olub.
U.Tağıyeva bildirib ki, Salyanda 6 sm, Neftçala 1 sm. qar yağıb. Ən çox qar örtüyü isə Şarıbaşda (Qax) 45 sm, Ağdərədə (Ordubad) 27 sm, Şamaxıda 25 sm, Daşkəsəndə 22 sm, Şərurda 20 sm, Kişçay (Şəki), Gədəbəy, Qusarda 18 sm, Qəbələ, Şəki, Altıağacda 17 sm, Lerikdə 14 sm olub. Göygöldə, Kəlvəz, Şahbuzda, Quba, Qrızda, Yardımlıda, Naxçıvan, Sədərək, Mərəzədə, Xaçmaz, Xaltanda, Şahdağda, Oğuzda, Astarada 1sm-dən -13 sm -dək olub. Bəzi rayonlarda və Bakıda bir sutka ərzində düşən yağıntının miqdarı yarım aylıq normaya bərabər olub.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO