Azərbaycanda hava şəraiti dəyişdi
Bizi izləyin

Ekologiya

Azərbaycanda hava şəraiti dəyişdi

Milli Hidrometeorologiya Xidmətinin fevralın 23-ü saat 17:00-a olan məlumatına əsasən, ölkənin şimal rayonlarına soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hava şəraiti dəyişib.

Xidmətdən Publika.az-a verilən məlumata görə, Nabran, Quba, Xaçmaz, Qusar, Xaltanda yağıntılı olub, qara keçib. Bakıda hazırda yağış yağır.

Qərb küləyinin sürəti Ağstafa, Naftalanda 20, Gəncə, Tovuzda 18, Yevlaxda 17, Bərdədə 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm