Ekologiya
Temperatur 6 dərəcə enəcək, güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Xidmətdən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 6-da cənub-qərb küləyinin əsəcəyi, arabir 15-20 m/s-dək güclənəcəyi, martın 7-də şimal-qərb küləyinin əsəcəyi, 20-25 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında martın 7-si axşamdan 9-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, martın 6-da arabir 18-23 m/s, martın 7-də 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 32-35 m/s-dək güclənəcək.
Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı