Bu günün HAVA PROQNOZU açıqlandı
Bizi izləyin

Ekologiya

Bu günün HAVA PROQNOZU açıqlandı

Bu günə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə havanın yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm