Ekologiya
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ölkə ərazisində havanın dəyişəcəyi ilə əlaqədar əhalidən diqqətli və ehtiyatlı olmalarını xahiş edib.
Bu barədə Publika.az-a məlumat verən İ.İbrahimova bildirib: “Hamıya məlumdur ki, mart qeyri-sabit keçən aydır, bu ayda dəyişkən hava hadisələri gözləniləndir. Mart ayı üçün xarakterik olan güclü küləyin əsəcəyini nəzərə alaraq vətəndaşlara müraciət edirik ki, ehtiyatlı davransınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, ən əsası, uşaqları küləkli havada nəzarətsiz buraxmasınlar. Çünki güclü külək nəticəsində hətta sağlam, irigövdəli ağacların belə aşma, budaqlarının sınma təhlükəsi var”.
İ.İbrahimova qeyd edib ki, hava şəraiti ilə əlaqədar ictimaiyyətə mütəmadi yenilənmiş məlumatlar təqdim olunacaq.
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI