Bu həftə hava necə olacaq? - PROQNOZ
Bizi izləyin

Ekologiya

Bu həftə hava necə olacaq? - PROQNOZ

Azərbaycan ərazisində bu həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu gün ölkə ərazisində hava şəraiti qeyri-sabit və bəzi yerlərdə yağıntılı keçsə də, aprelin 14-ü günün ikinci yarsında yağıntıları kəsilməsi gözlənilir: "Sonrakı üç gün ərzində xoş yaz havası müşahidə olunacaq. Hava əsasən yağmursuz keçəcək, zəif külək əsəcək. Bakıvə Abşeron Yarımadasında havanın temperaturu 16-18, rayonlarda isə 23-25 dərəcəyə kimi yüksələcək. Aprel ayının birinci ongünlüyü hava küləkli keçsə də, temperatur normadan yüksək olub. Hətta bəxi günlərdə iqlim norma göstəricilərindən 7-9 dərəcə yüksəlib".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm