Həkəri və Bərgüşad çaylarına 1000 ədəd balıq buraxıldı - FOTO
Bizi izləyin

Ekologiya

Həkəri və Bərgüşad çaylarına 1000 ədəd balıq buraxıldı - FOTO

"Bu gün Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə körpə farel balıqlarının çaya buraxılması əlamətdar hadisədir. Ekologiya Nazirliyi hər il daxili su hövzələrinə balıq buraxılması tədbirləri keçirir. Bu ildən etibarən sözügedən aksiya işğaldan azad olunmuş ərazilərdə reallaşdırılmağa başlanılıb".

Publika.az xəbər verir ki bu sözləri Bioloji Müxtəlifliyin Qoruması xidmətinin rəisi Firudin Əliyev deyib.

Ekspert qeyd edib ki, Həkəri və Bərgüşad çaylarının qovuşduğu əraziyə 1000 ədəd balıq buraxılıb:

"Körpə farel balıqlarının buraya buraxılması təsadüfi deyil. Həm bu balıqlar bu çayların suyu üçün xarakterikdir, həm də farel balığı axının əksi istiqamətinə getdiyi üçün asan uyğunlaşır. Biz sadəcə balıq buraxılması ilə kifayətlənməyəcik. Heyvanların renproduksiyası layihələrimiz də var. Şirvan Milli Parkının Hacınohur çölünə artıq 250 başdan çox ceyran buraxılıb. İnşallah işğaldan azad olunmuş torpaqlarımız minalardan təmizləndikdən sonra eyni tədbirlər burda da keçiriləcək.

Qubadlının ərazisində 20 min hektarlıq Dövlət Yasaqlığı var. Çox təəssüf ki, yasaqlığın 2500 hektarı ermənilər tərəfindən məhv edilib. Biz həmin ərazilərdə təbiətin bərpası məqsədilə ağac əkilməsi tədbirləri keçirməyi planlaşdırırıq. Bu layihələr ənənəvi xarakter daşıyır".

F.Əliyevin sözlərinə görə, 2021-ci ildə Ekologiya və təbii sərvətlər nazirliyi tərəfindən su hövzələrinə buraxılması nəzərdə tutulan balıqlardan 1 milyon 500 min kütüm balığı, 2 milyon 300 min, 1 milyon ağ amur, nərə balığı zavodundan isə 500 min nərə balığı buraxılması gözlənilir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm